Qustavo Alfaro: "Dünya çempionatında emosiyaları kənara qoymaq lazımdır"
Far.Az xəbər saytı

Qustavo Alfaro: "Dünya çempionatında emosiyaları kənara qoymaq lazımdır"


Dünya çempionatında emosiyaları kənara qoymaq lazımdır.

"Report" xəbər verir ki, bu barədə futbol üzrə Paraqvay millisinin baş məşqçisi Qustavo Alfaro açıqlama verib.

63 yaşlı mütəxəssis ABŞ yığmasına 1:4 hesabı ilə uduzduqları DÇ-2026-nın qrup mərhələsinin I turunun oyunundan sonra fikirlərini bölüşüb:

"Mundialda emosiyaları kənara qoymaq lazımdır. Rəqib layiqli qələbə qazandı. Onlar bizi texniki, taktiki və fiziki cəhətdən üstələdilər. Bu yarışda irəliləmək istəyiriksə, daha yaxşı oynamalıyıq".

Xatırladaq ki, ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyulun 19-da başa çatacaq.

Oxşar xəbərlər

İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Azərbaycanda bir qrup hərbçiyə MƏNZİLLƏR VERİLDİ
Baku TV-nin "Rəqəmsal Media Məktəbi"ndə doqquzuncu qrup məzunlarına sertifikatlar təqdim olunub
Xizək Alpinizmi üzrə Avropa Çempionatı və Dünya Kuboku yarışlarının açılış mərəsimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər