Əraqçi: Livana hücumların dayandırılması memoranduma daxil edilib
Far.Az xəbər saytı

Əraqçi: Livana hücumların dayandırılması memoranduma daxil edilib


İran Livanda müharibənin dayandırılmasını istəyir və ABŞ ilə imzalanması nəzərdə tutulan yekun memorandumda əsas şərtlərdən biri budur.

"Report" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Livanın Prezidenti Cozef Aun və bu ölkənin parlamentinin sədri Nəbih Berri ilə telefon danışıqları zamanı deyib.

"İran Livanda müharibənin dayandırılması istəyinə istinad edərək, memorandumun bəndlərinin lazımi şəkildə yerinə yetirilməsinə görə ABŞ-nin məsuliyyətini və İsrailin Livana qarşı hücumlarının tamamilə dayandırılmasının zəruriliyini vurğulayıb", - Əraqçi bildirib.

Telefon danışıqlarında Livan rəsmiləri İslamabad anlaşma memorandumunun bəndlərinin detalları, xüsusilə də Livana aid olan müddəalar barədə məlumatlandırılıb.

Qeyd olunub ki, Livan rəsmiləri son anlaşma memorandumunun müddəalarını alqışlayaraq, Livanın sabitliyi və təhlükəsizliyini regionda sabitliyin bərqərar olunması istiqamətindəki hər hansı ciddi səylərin ayrılmaz hissəsi kimi vurğulayıb və Livana qarşı müharibənin dayandırılması məsələsinin memorandumun mətninə daxil edilməsinə görə minnətdarlıqlarını bildiriblər.

Xatırladaq ki, Almaniya Kansleri Fridrix Merts də bildirib ki, İran və ABŞ arasındakı razılaşma Livanı da əhatə etməlidir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər