Prezident İlham Əliyev Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti Corc Ceykob Kuvakadı qəbul edib.
BAKU.WS xəbər verir ki, söhbət zamanı ölkəmizlə Müqəddəs Taxt-Tac arasında münasibətlərin uğurla inkişaf etdiyi vurğulandı, müxtəlif səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrimizin inkişafında roluna toxunuldu. Bu baxımdan Corc Ceykob Kuvakadın ölkəmizin regionlarına da səfər edəcəyinin əhəmiyyəti qeyd olundu.
Qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti Roma Papası XIV Leonun və Vatikanın dövlət katibi kardinal Pietro Parolinin salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Roma Papasına və Vatikanın dövlət katibinə çatdırmağı xahiş etdi.
Dövlətimizin başçısı Vatikana səfərini və mərhum Roma Papası Fransisklə görüşünü, həmçinin onun ölkəmizə səfərini məmnunluqla xatırladı.
Söhbət zamanı Azərbaycanda tarixən bütün xalqların və dinlərin nümayəndələrinin sülh və qarşılıqlı hörmət şəraitində bir ailə kimi yaşaması məmnunluqla qeyd olundu, ölkəmizin tolerantlıq və multikulturalizm məkanı kimi dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafına qlobal səviyyədə verdiyi mühüm töhfələr vurğulandı.
Müqəddəs Taxt-Tacın Azərbaycandakı Katolik Kilsəsinin fəaliyyəti qeyd edildi, ölkəmizdə bu cür ikinci kilsənin inşa olunduğu bildirildi.
Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasındakı əməkdaşlığa toxunuldu, Fondun bu ölkədə həyata keçirdiyi layihələrin mədəni irsin qorunması və dinlərarası dialoqun təşviqi baxımından rolu qeyd edildi.
Görüşdə Azərbaycanla Müqəddəs Taxt-Tac arasında əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Dövlətimizin başçısı Roma Papası XIV Leonun ölkəmizə səfərə dəvəti ilə bağlı məktubunu Corc Ceykob Kuvakada təqdim etdi.
Qalereya
Oxşar xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Roma Papası XIV Leo ilə görüşüb
Mehriban Əliyeva Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin açılışında iştirak edib
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Dövlət komitəsinin sədri Vatikanın dövlət katibinin müavini ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-Ukrayna İnvestisiya Fondu kritik əhəmiyyətli minerallar sahəsində ilk sövdələşməni bağlayıb
-
Rusiyada məhbus qatarda konvoy əməkdaşını güllələyib
-
Yağışlı hava ilə bağlı Zığ dairəsi–Hava Limanı yolunda sürət həddi endirilib
-
UEFA Millətlər Liqası: Türkiyə Belçikaya məğlub olub, İtaliya Fransa ilə heç-heçə edib
-
Azərbaycan və Serbiya arasında strateji münasibətlərin inkişafı müzakirə edilib
-
Təcavüzə məruz qalan 23 yaşlı azərbaycanlını Pakistana aparan biznesmen kimdir?













