Aysel Yaqubova: "Regional əməkdaşlıq Azərbaycanın enerji keçidinin əsas amilidir"
Regional əməkdaşlıq Azərbaycanın uğurlu enerji keçidinin və "yaşıl enerji" sahəsində transsərhəd layihələrin inkişafının əsas amillərindən biridir.
"Far.Az" xəbər verir ki, bu barədə İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin (ECO Clean Energy Center) icraçı direktoru Aysel Yaqubova İslam İnkişaf Bankı Qrupunun Bakıda keçirilən illik toplantısı çərçivəsində təşkil olunmuş panel müzakirəsində bildirib.
Onun sözlərinə görə, müasir şəraitdə enerji keçidini bir ölkə çərçivəsində həyata keçirmək mümkün deyil, çünki bu, daha böyük bazarların formalaşmasını, transsərhəd enerji infrastrukturunun inkişafını, texnologiya və innovasiyaların fəal mübadiləsini tələb edir.
A. Yaqubova qeyd edib ki, Azərbaycan son 15 il ərzində bərpa olunan enerji mənbələrinin inkişafını sistemli şəkildə təşviq edir, iqlim gündəliyi isə hələ COP29-un keçirilməsindən əvvəl ölkənin prioritetlərindən birinə çevrilib.
O, həmçinin Xəzər regionu, Mərkəzi Asiya və Avropa arasında yaşıl enerji dəhlizlərinin yaradılması üzrə həyata keçirilən layihələrin əhəmiyyətini vurğulayıb: "Regional əməkdaşlıq ölkələrə təcrübə mübadiləsi aparmağa, uğurlu təcrübələri öyrənməyə və enerji keçidinin təşviqini sürətləndirməyə imkan verir".
Mərkəzin rəhbəri xatırladıb ki, Azərbaycan "ECO Clean Energy Center"in öz ərazisində yerləşdirilməsi təşəbbüsü ilə çıxış edib və müsabiqə seçiminin yekunlarına əsasən təşkilata ev sahibliyi edən ölkə seçilib.
Oxşar xəbərlər
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Monreal Protokolu ilə müəyyən olunmuş tənzimlənən ozondağıdıcı maddələrin siyahısı yenilənib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır













