İrəvan və Paris müdafiə sahəsində əməkdaşlığı gücləndirir
Far.Az xəbər saytı

İrəvan və Paris müdafiə sahəsində əməkdaşlığı gücləndirir


Ermənistanın müdafiə naziri Suren Papikyan və Fransanın silahlı qüvvələr və veteranlarla iş üzrə naziri Katrin Votren Parisdə görüş keçiriblər.

"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Papikyan "Facebook" səhifəsində yazıb.

Qeyd olunub ki, tərəflər müdafiə sahəsində səmərəli tərəfdaşlığın möhkəmləndirilməsini davam etdirmək niyyətində olduqlarını bildiriblər.

Papikyanın sözlərinə görə, İrəvan Parislə əməkdaşlığı yüksək qiymətləndirir.

"Söhbət zamanı biz ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın inkişafı məsələlərinə, həmçinin regional və beynəlxalq təhlükəsizliyə dair bir sıra mövzulara toxunduq", - o qeyd edib.

Oxşar xəbərlər

"Sarsılmaz Tərəfdaşlıq-2025" birgə xüsusi təyinatlı qüvvələr təlimi sona çatıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Mariyana Kuyundziç: Aİ Azərbaycanla tərəfdaşlığın möhkəmləndirilməsinə sadiqdir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər