Messi altı dünya çempionatında oynayan ilk futbolçu olub
Argentina millisinin hücumçusu Lionel Messi futbol üzrə dünya çempionatlarında yeni rekorda imza atıb.
"Report" xəbər verir ki, 38 yaşlı futbolçu DÇ-2026-nın qrup mərhələsinin ilk turunda Əlcəzairə qarşı keçirilən oyunda meydana çıxmaqla mundiallarda 6 dəfə iştirak edən ilk oyunçu olub.
Messi meydana çıxması ilə dünya çempionatları tarixində keçirdiyi oyunların sayını da 27-yə çatdıraraq rekordu yeniləyib. Hələ karyerasını davam etdirən futbolçular arasında bu göstəricidə ona ən yaxın olan Kriştianu Ronaldu 22 oyunla ikinci yerdə qərarlaşıb.
Qeyd edək ki, Lionel Messi hazırda ABŞ-nin "İnter Mayami" klubunda çıxış edir. O, Argentina millisinin heyətində 2022-ci ildə dünya çempionu olub, 2014-cü ildə isə gümüş medal qazanıb. Messi karyerasında 8 qat "Qızıl top"un sahibdir.
Oxşar xəbərlər
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Üzgüçülük üzrə Azərbaycan çempionatı başa çatıb - YENİLƏNİB
Azərbaycan uşuçuları Avropa çempionatında 15 medal qazandı
Messi taxtını qoruyacaq, yoxsa Ronaldu arzularına çatacaq? - Tarixi turnirə geri sayım başladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
"Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"
-
Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib













