Ötən beş ildə 80 milyon manatdan artıq vəsait təhsil krediti üçün xərclənib
Far.Az xəbər saytı

Ötən beş ildə 80 milyon manatdan artıq vəsait təhsil krediti üçün xərclənib


Təhsil Tələbə Krediti Fondunun fəaliyyətə başladığı (2021-ci ildən) tarixdən e-ttkf.edu.az portalına 100 mindən çox müraciət daxil olub, onlardan 85 mini rəsmiləşdirilib.

Bu barədə "Report"a Fonddan məlumat verilib.

Bildirilib ki, rəsmiləşdirilmiş kredit müqavilələrinin 35 %-ni sosial, 65 %-ni isə standart növ təhsil tələbə kreditləri təşkil edir. Təhsil pillələri üzrə bölgüyə əsasən müqavilələrin 69 %-i bakalavriat, 23 %-i magistratura, 7 %-i orta ixtisas, 1 %-i isə peşə təhsili səviyyəsinin payına düşür.

Fondun fəaliyyətinin sosial təsirini əks etdirən mühüm göstəricilərdən biri də gender bölgüsüdür. Kredit müqavilələrinin 64 %-i qadın, 36 %-i isə kişi tələbələr üçün rəsmiləşdirilib. Bu göstərici Fondun xüsusilə qızların və gənc qadınların ali təhsilə çıxış imkanlarının genişləndirilməsində mühüm rol oynadığını göstərir.

Ötən 5 il ərzində ümumilikdə 80 milyon manatdan artıq kredit məbləği xərclənib, bunun 78 milyon manatdan çox hissəsi birbaşa təhsil müəssisələrinin hesablarına köçürülüb. Ayrılmış vəsaitin təxminən 48 milyon manatı standart, 30 milyon manata yaxın hissəsi isə sosial növ təhsil tələbə krediti təşkil edir, 1,9 milyon manatdan artığı isə sığorta məbləği olub.

Oxşar xəbərlər

İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər