Yalçın Rəfiyev: "Bu günə qədər Azərbaycan 140-dan artıq ölkəyə yardım edib"
Bu günə qədər Azərbaycan 140-dan çox ölkəyə maliyyə, texniki və potensialın gücləndirilməsi sahəsində yardım göstərib.
Far.Az report-a istinadən xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində təşkil olunmuş panel müzakirələrində bildirib.
"Azərbaycan öz donor fəaliyyəti vasitəsilə 44 ən az inkişaf etmiş ölkədən 43-nü, Afrikanın 54 ölkəsindən 53-nü və İslam Əməkdaşlıq Təşkilatının 57 üzv dövlətindən 51-ni dəstəkləyib. Davamlı inkişaf yerli potensialın gücləndirilməsi, bilik və təcrübənin bölüşülməsi və milli mülkiyyətdə olan inkişaf layihələrinin dəstəklənməsi yolu ilə ən yaxşı şəkildə əldə edilir",- deyə o qeyd edib.
Nazir müavini həmçinin təmsil etdiyi qurumun nəzdində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi ilə IsDB arasında artan əməkdaşlığı vurğulayıb: "Birgə səylərimiz 4 prioritet istiqamət ətrafında inkişaf etdirilir: rəqəmsal innovasiya (NİKT), səhiyyə və peşə təhsili, iqlim davamlılığı və humanitar yardım, xüsusilə Afrika, eləcə də Suriya, Əfqanıstan və digər həssas ölkələrə diqqət yetirmək. Ümid edirik ki, bugünkü müzakirələr bu tərəfdaşlığı daha da gücləndiməyə və yerlərdə davamlı təsir göstərən əməkdaşlıq üçün praktiki yolları müəyyən etməyə kömək olacaq".
Oxşar xəbərlər
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Məhəmməd Əl-Casir: "IsDB Azərbaycanın uzunmüddətli inkişaf və artım hədəflərinə dəstəyində qətiyyətlidir" - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-Ukrayna İnvestisiya Fondu kritik əhəmiyyətli minerallar sahəsində ilk sövdələşməni bağlayıb
-
Rusiyada məhbus qatarda konvoy əməkdaşını güllələyib
-
Yağışlı hava ilə bağlı Zığ dairəsi–Hava Limanı yolunda sürət həddi endirilib
-
UEFA Millətlər Liqası: Türkiyə Belçikaya məğlub olub, İtaliya Fransa ilə heç-heçə edib
-
Azərbaycan və Serbiya arasında strateji münasibətlərin inkişafı müzakirə edilib
-
Təcavüzə məruz qalan 23 yaşlı azərbaycanlını Pakistana aparan biznesmen kimdir?













