Psixoloqlarla bağlı növbəti qanunvericilik təşəbbüsü olacaq
Azərbaycanda klinik psixoloqların fəaliyyəti, sertifikatlaşdırılması ilə bağlı ciddi boşluqlar var.
"Far.Az" xəbər verir ki, bunu TƏBİB-in Ana və uşaq sağlamlığı şöbəsinin müdiri Sevinc Məmmədova "Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər" mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.
O qeyd edib ki, hazırda özəl sektorda xəstəxanaların fəaliyyətə başlaması üçün sertifikat tələbi olsa da, psixoloji mərkəzlərin sertifikatlaşdırılması həyata keçirilmir:
"Belə desək, onların fəaliyyətini tənzimləyən ayrıca qanunvericilik bazası mövcud deyil. Bu səbəbdən həmin mərkəzlərin xidmət keyfiyyətini və peşə standartlarına uyğunluğunu obyektiv şəkildə qiymətləndirmək mümkün olmur".
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova isə əlavə edib ki, əsasən fiziki sağlamlığa önəm verilsə də, psixloji sağlamlıq da vacibdir:
"Psixi sağlamlığı müalicə edənlərin özünün psixoloji vəziyyəti, səviyyəsi vacibdir. Psixoloqlarla əlaqədar növbəti qanunvericilik təşəbbüsü olacaq. Qanunlara yenidən baxılmalıdır. Bu bizim növbəti təşəbbüsümüz olacaq, hazırda bunun üzərində işləyirik".
Oxşar xəbərlər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Yurdumuza bahar gəlir!
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Dərnəgül istiqamətində gedənlərin DİQQƏTİNƏ: Təhlükə var
-
"Everton" və "Kristal Pelas" klubları futbolçu mübadiləsi həyata keçiriblər
-
Göygöldə 64 yaşlı kişi çaya yıxılaraq ölüb
-
"Neftçi" klub tarixinin ən bahalı satışını edir
-
ABŞ hərbçiləri Oman körfəzində yük gəmisini vurub
-
Sədərək-Binə yolunda lampa daşıyan yük maşını kül oldu













