Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının energetika nazirlərinin iclasında təmsil olunub
Far.Az xəbər saytı

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının energetika nazirlərinin iclasında təmsil olunub


Azərbaycan Qırğız Respublikasının Bişkek şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) energetika nazirlərinin 6-cı iclasında təmsil olunub.

"Far.Az" Energetika Nazirliyinə istinadən xəbər verir ki, ölkəmizi bu iclasda energetika nazirinin müavini Kamal Abbasov təmsil edib.

Çıxış zamanı qlobal enerji sistemində baş verən dəyişikliklər fonunda enerji təhlükəsizliyi, dayanıqlılıq, təmiz enerji texnologiyalarının tətbiqi və beynəlxalq əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti vurğulanıb. Azərbaycanın ŞƏT-in Dialoq Tərəfdaşı kimi təşkilatla əlaqələrin inkişafına xüsusi önəm verdiyi qeyd edilib. Bildirilib ki, Azərbaycan etibarlı enerji tərəfdaşı və mühüm tranzit mərkəzi kimi regional enerji əlaqəliliyinin gücləndirilməsinə töhfə verir. Bu çərçivədə 2032-ci ilədək 8 QVt bərpa olunan enerji güclərinin yaradılması, həmçinin müxtəlif yaşıl enerji dəhlizləri və interkonnektor layihələrinin həyata keçirilməsi xüsusi qeyd olunub.

"Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi" layihəsinin strateji əhəmiyyəti vurğulanıb, Qırğız Respublikasının da bu təşəbbüsə qoşulmasının dəstəkləndiyi bildirilib. Qeyd olunub ki, layihə Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Çin arasında enerji əlaqəliliyinin gücləndirilməsinə, Avropa ilə Asiyanı birləşdirən Orta Dəhliz boyunca elektrik enerjisinin ötürülməsinə əlavə imkanlar yaradacaq.

Azərbaycanın ŞƏT platformasında konstruktiv dialoqa və qarşılıqlı faydalı əməkdaşlığın inkişafına bundan sonra da töhfə verməyə hazır olduğu diqqətə çatdırılıb.

Oxşar xəbərlər

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Çoxvektorlu xarici siyasətin uğuru - ŞƏT-Azərbaycan strateji tərəfdaşlığı
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər