İsDB-nin Bakı toplantıları çərçivəsində keçirilən sərgidə Azərbaycan pavilyonu təşkil olunub
Far.Az xəbər saytı

İsDB-nin Bakı toplantıları çərçivəsində keçirilən sərgidə Azərbaycan pavilyonu təşkil olunub


İslam İnkişaf Bankı (İsDB) Qrupunun Özəl Sektor Forumu çərçivəsində keçirilən sərgidə Azərbaycan pavilyonu təşkil olunub.

Bu barədə "Far.Az" İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sərgidə "İnteqrasiya olunmuş Azərbaycan: İnvestisiya, innovasiya və "Made in Azerbaijan" mövzusunda Azərbaycan pavilyonu qurulub. Ölkəmizin iqtisadi imkanlarının vahid platformada nümayiş etdirildiyi pavilyonda iqtisadi zonalar, KOB, sənaye, ixracın və investisiyaların təşviqi, fintek, maliyyə ekosistemi, daşınmaz əmlak, şəhərsalma, enerji, innovasiyalar üzrə tematik bölmələr formalaşdırılıb. Burada Azərbaycanın investisiya mühiti barədə məlumat verilir, bu mövzularda videoçarx və əyani vəsaitlər nümayiş olunur.

Pavilyonun "Made in Azerbaijan" bölməsində qida, tekstil, sənaye və digər sahələr üzrə yerli istehsal məhsulları nümayiş etdirilir. Həmçinin mədəniyyət, yaradıcı sənaye və turizm istiqamətləri üzrə təqdimatlar vasitəsilə Azərbaycanın mədəni irsi və turizm potensialı tanıdılır.

Sərgi çərçivəsində həmçinin İsDB Qrupuna daxil olan qurumların stendləri, eləcə də üzv ölkələr və tərəfdaş təşkilatlara məxsus stendlər nümayiş olunur.

Sərgi İsDB Qrupunun xidmət və təşəbbüslərinin təqdimatı, üzv ölkələrin investisiya və ticarət imkanlarının nümayişi, tərəfdaş təşkilatlarla əlaqələrin genişləndirilməsi və yeni əməkdaşlıq perspektivlərinin müzakirəsi üçün platforma rolunu oynayır.

Xatırladaq ki, iyunun 16-19-da Bakıda İsDB Qrupunun 51-ci İllik Toplantıları keçirilir. "Dayanıqlı rifah naminə regional inteqrasiya" mövzusuna həsr olunmuş tədbirdə Qrupa üzv 57 ölkədən rəhbər şəxslər, dövlət və özəl sektorun, beynəlxalq maliyyə institutlarının nümayəndələri iştirak edirlər. Azərbaycan Prezidenti İlham Əliyevin ali himayəsi altında keçirilən İllik Toplantılar çərçivəsində Bakı Konqres Mərkəzində sərgi keçirilir. Sərgi Toplantıların əhatə etdiyi Özəl Sektor Forumu çərçivəsində strateji investisiya və ticarət imkanlarının təqdimatı məqsədilə təşkil olunub.

Oxşar xəbərlər

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Xocalı şəhərində "Qarabağ Tekstil Evi" MMC istifadəyə verilib
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
İƏT Mədəniyyət Festivalı çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər