Yorqos Donis: "İspaniyanı dayandıracaq qədər güclü deyildik"
Far.Az xəbər saytı

Yorqos Donis: "İspaniyanı dayandıracaq qədər güclü deyildik"


Futbol üzrə Səudiyyə Ərəbistanı millisi İspaniya yığmasını dayandıracaq gücdə deyil.

"Far.Az" xarici mediaya istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının baş məşqçisi Yorqos Donis İspaniyaya qarşı DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra deyib.

Mütəxəssis komandasının güclü rəqibə qarşı çıxış etdiyini bildirib:

"İspaniyanı cərimə meydançamızın ətrafında dayandıracaq qədər güclü deyildik. Həddindən artıq çox səhvə yol verdik. Oyun istədiyiniz kimi getməyəndə və qısa müddət ərzində üç qol buraxanda özünüzə inamınız sarsılır.

Komandanı sakitləşdirməyə çalışdıq, amma bu vəziyyət bizə təsirsiz ötüşmədi. Böyük turnirlərdə belə halların tez-tez baş verdiyini görürük. Düşünürəm ki, bu, tamamilə aydındır".

Qeyd edək ki, İspaniya - Səudiyyə Ərəbistanı oyunu 4:0 hesabı ilə başa çatıb.

Oxşar xəbərlər

Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - YENİLƏNİB-6
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər