Bakıda ev və avtomobilləri qarət edən şəxs ələ keçdi
Far.Az xəbər saytı

Bakıda ev və avtomobilləri qarət edən şəxs ələ keçdi


Bakıda ev və avtomobilləri qarət edən şəxs yaxalanıb.

AKU.WS xəbər verir ki, hadisə Suraxanı rayon ərazisində baş verib.

Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə silsilə oğurluq əməlləri törətməkdə şübhəli bilinən 36 yaşlı Təbriz Ağalarov müəyyən olunaraq saxlanılıb.

Araşdırmalar zamanı müəyyən olunub ki, o, rayon ərazisində müxtəlif vaxtlarda avtomobillərin şüşələrini sındıraraq salonlarından pul və digər qiymətli əşyalar oğurlayıb. T.Ağalarovun həmçinin moped, bir evdən isə elektrik naqilləri, işıqlandırma avadanlıqları və təmir alətləri oğurladığı məlum olub.

Faktlarla bağlı polis şöbəsində araşdırma aparılır.

Oxşar xəbərlər

FHN silsilə maarifləndirmə tədbirləri keçirib
27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
Bakı polisi avtobus, moped və motosikletlərlə bağlı hərəkətə keçdi
Şuşada "8 Noyabr - Zəfərin təntənəsi" adlı silsilə tədbirlər keçirilir
FHN təlim etmək istədi - Yanlış park edilən maşınlara görə yanğın avtomobilləri hərəkət edə bilmədi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər