Qəbələdə məktəbdə güclü yanğın oldu
Qəbələnin Uludaş kəndində məktəb binası tamamilə yanıb.
Far.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Qafur Şərifov adına tam orta məktəbdə baş verib.
Yanğın yerinə yanğınsöndürənlər cəlb olunub. Məktəb binası tamamilə yanaraq yararsız vəziyyətə düşüb.
Hadisə ilə bağlı Şəki-Zaqatala Regional Təhsil İdarəsi açıqlama yayıb. Bildirilib ki, iyunun 21-i gecə saatlarında Qəbələ rayonu Qafur Şərifov adına Uludaş kənd tam orta ümumtəhsil məktəbində yanğın baş verib: "Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadası və canlı qüvvəsi cəlb olunaraq yanğın söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının başvermə səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır".
Qalereya
Oxşar xəbərlər
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Güclü qar Qəbələnin dağlıq kəndlərinə gediş-gəlişi çətinləşdirib
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Xətai rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası istifadəyə verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
Zəfər yolunun açılışından 5 il ötür – Şuşaya aparan tarixi yol
-
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyat zamanı 90 nəfər həbs olunub
-
ABŞ-İran münaqişəsinin başlanğıcından bəri Hörmüz boğazında azı 25 dənizçi həlak olub













