Fərid Qayıbov qadınlardan ibarət futbol millisinin çıxışını yüksək qiymətləndirib
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvləri gənclər və idman naziri Fərid Qayıbovla görüşüblər.
"Far.Az" AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Gənclər və İdman Nazirliyinin dəvəti ilə keçirilən görüşdə millinin futbolçuları, məşqçi və texniki heyəti iştirak edib.
Söhbət zamanı komandanın 2027-ci il dünya çempionatının seçmə mərhələsindəki çıxışı və əldə etdiyi nəticələr müzakirə olunub. Fərid Qayıbov millinin qrup mərhələsində keçirdiyi 6 oyunun 4-də qələbə qazanaraq 12 xalla ikinci yeri tutmasını yüksək nəticə kimi qiymətləndirib.
Nazir komandanın nümayiş etdirdiyi əzmkar mübarizəni və peşəkar yanaşmanı xüsusi vurğulayaraq futbolçuları təbrik edib. O, əldə olunan nəticələrin ölkədə qadın futbolunun inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını bildirib və komanda üzvlərinə gələcək yarışlarda uğurlar arzulayıb. F.Qayıbov, həmçinin, UEFA Millətlər Liqasının növbəti mövsümündə millinin daha uğurlu çıxış edəcəyinə inandığını qeyd edib.
Daha sonra AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva ölkədə qadın futbolunun mövcud vəziyyəti, inkişaf istiqamətləri və həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. Millinin baş məşqçisi Siyasət Əsgərov isə komandanın fəaliyyəti, hazırlıq prosesi və qarşıdakı hədəflərlə bağlı fikirlərini bölüşüb.
Görüşün sonunda kapitan Sevinc Cəfərzadə xatirə hədiyyəsi olaraq Azərbaycan millisinin formasını Fərid Qayıbova təqdim edib.
Oxşar xəbərlər
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Fərid Qayıbov son 2 ay ərzində beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüşüb
Prezident və birinci xanım Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər - YENİLƏNİB
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Şəkidə sel fəsadlara səbəb olub
-
Masazırda "Sabah" və "Orhus" azarkeşləri arasında baş vermiş İNSİDENTİN GÖRÜNTÜLƏRİ
-
Gəncədə yolu keçmək istəyən piyadanı maşın vuraraq öldürüb
-
"Mançester Siti" futbolçusu Kalvin Fillipsi icarəyə verib
-
Türkiyə ilə Liviya arasında hərbi məsləhətləşmələr aparılıb
-
UEFA Superkubokunun qalibi müəyyənləşib













