Məşhur şirkətin inşa etdiyi binada BƏDBƏXT HADİSƏ: Ölən var
Bakıda çoxmərtəbəli yaşayış binalarının tikintisi ilə məşğul olan şirkət cərimə olunub.
BAKU.WS "Teleqraf"a istinadən xəbər verir ki, "Teymuroğlu Construction" Mənzil Tikinti Kooperativində (MTK) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi araşdırma aparıb.
Məlum olub ki, MTK-nın işçisi Ə.Əsgərxanov əmək funksiyalarının icrası zamanı bədbəxt hadisə nəticəsində ölüb.
Təhqiqat zamanı Əsgərxanovun istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasının təmin edilmədiyi məlum olub.
Beləliklə Mənzil Tikinti Kooperativi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilib.
MTK-nın nümayəndəsi bildirib ki, işçi ilə əmək müqaviləsi 2026-cı il tarixdə bağlansa da, onun işə çıxma vaxtı başqa zamana təsadüf edib:
"Sığorta müqaviləsinin bağlanılmasına çalışılsa da, sistemdəki xəta, "Atəşgah Siğorta"nın ödənişi nağd qaydada tələb etməsi səbəbindən müqavilə fərqli tarixdə bağlanılıb. Hadisə ehtiyatsızlıq nəticəsində baş verib. Şirkət tərəfindən vətəndaşın ailəsinə lazımı yardım edilib".
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə şirkət 5 min manat məbləğində cərimələnib.
Oxşar xəbərlər
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
İlham Əliyev Zəngilanda inşa olunmuş ilk yaşayış kompleksinin açılışında iştirak edib
Prezident İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
Zəfər yolunun açılışından 5 il ötür – Şuşaya aparan tarixi yol
-
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
-
Energetik içkilərlə bağlı şok faktlar: "Zəiflərə, hamilələrə zərərlidir, sağlam adama yox?!"
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyat zamanı 90 nəfər həbs olunub













