Ralf Ranqnik: "Argentina ilə matçda cəsarətli və qorxmaz mübarizə apardıq"
Far.Az xəbər saytı

Ralf Ranqnik: "Argentina ilə matçda cəsarətli və qorxmaz mübarizə apardıq"


Avstriya millisi Argentina ilə matçda cəsarətli və qorxmaz mübarizə aparıb.

"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu Avropa təmsilçisinin baş məşqçisi Ralf Ranqnik Argentina yığmasına qarşı DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra deyib.

Mütəxəssis məğlub olduqları görüşü qiymətləndirib:

"Daha artığına nail ola bilərdik, amma ümumilikdə çıxışımız planlaşdırdığımız alındı. Cəsarətli və qorxmaz mübarizə apardıq. Lakin bəzi epizodlarda bir az da cəsarətli davranmağımızı və xüsusi ilə qapıya daha yaxşı zərbələr endirməyimizi istərdim.

Rəqibin ikinci qolu əks-hücumdan vurması isə çox məyusedici oldu. Amma ümumi mənzərəyə baxsaq, yaxşı oyun sərgilədik".

Qeyd edək ki, Argentina - Avstriya oyunu 2:0 hesabı ilə başa çatıb.

Oxşar xəbərlər

Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - YENİLƏNİB-6
Əminə Yusifqızı ilə vida mərasimi başa çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər