Yunanıstanda bu il ərzində 4 min meşə yanğını baş verib
Yunanıstanda 2024-cü ildə təxminən 4 min meşə yanğını baş verib ki, bunların çoxu paytaxt Attika bölgəsindədir.
“Far.Az”un məlumatına görə, bunu Yunanıstanın baş naziri Kiriakos Mitsotakis avqustun 11-13-də Attikanın şimal-şərqində baş vermiş yanğından zərər çəkmiş ərazilərin bərpası üzrə tədbirlərin müzakirə edildiyi iclasda deyib.
Onun sözlərinə görə, yanğınlardan yalnız biri böyük olub, vətəndaşların və müəssisələrin çoxlu əmlakını məhv edib. Belə ki, 11 avqustda başlayan yanğın çox yüksək sürətlə hərəkət edib və insanlara ciddi ziyan vurub.
O, son dərəcə mürəkkəb və irimiqyaslı yanğının söndürülməsi zamanı hadisə yerində olan hər kəsə - bütün dövlət qulluqçularına, yerli özünüidarəetmə orqanlarının əməkdaşlarına və köməyə gələn misli görünməmiş sayda könüllülərə təşəkkür edib.
Oxşar xəbərlər
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2 - FOTO
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-1
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
Paşinyanın Ermənistana töhfəsi - işsizlik pik həddə çatıb - ŞƏRH
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Göygöldə kişi həyat yoldaşını qətlə yetirib
-
Ukrayna kəşfiyyatının rəhbəri: Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib
-
Nigeriyada silahlı hücumlar nəticəsində 9 nəfər ölüb
-
Alimlərdən yeni kəşflər: isti çay xərçəng riskini artırır, ilan zəhərindən antibiotik hazırlanıb
-
"WSJ": ABŞ BCM-ə qarşı yeni genişmiqyaslı sanksiyalar tətbiq etməyi planlaşdırır
-
BVF üç ilə dünya üzrə dövlət borcunun ÜDM-in 100%-ni ötəcəyini gözləyir













