Azərbaycan bankı törəmə şirkətləri ilə bağlı qərar verəcək
Far.Az xəbər saytı

Azərbaycan bankı törəmə şirkətləri ilə bağlı qərar verəcək


İyunun 24-də, saat 10:00-da "Bank Respublika" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

"Far.Az" xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Xəqani küçəsi, 21 ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə "Bank Respublika"nın inkişaf strategiyasına və bununla əlaqədar kapitalının strukturuna dair qərar qəbul edilməsi, Bankın törəmə şirkətləri olan "Bakı Sığorta" ASC və "Respublika İnvest" MMC-nin fəaliyyətinə dair qərar qəbul edilməsi, kredit təşkilatının imtiyazlı səhmlərinin buraxılması yolu ilə nizamnamə kapitalının artırılmasının təsdiq edilməsi, bununla əlaqədar nizamnaməsində müvafiq dəyişikliyin təsdiq edilməsi, maliyyə qurumunun Mükafatlandırma Siyasətinin təsdiqlənməsi daxildir.

Xatırladaq ki, "Bank Respublika" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 73,961 milyon manatdır. Bankın səhmlərinin 63,32 %-i Natiq Quliyevə (Müşahidə Şurasının sədri), 18,46 %-i Elçin Quliyevə, 8,47 %-i Namiq Quliyevə, 5,45 %-i Şakir Rəhimova, 4,22 %-i SIDT-yə, 0,08 %-i isə digər şəxslərə məxsusdur.

Oxşar xəbərlər

Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
AMEA-nın 80 illik yubiley yığıncağı keçirilib, İlham Əliyev çıxış edib
Xətai rayonunda imtiyazlı xəstələr üçün yeni aptek fəaliyyətə başlayıb
Xocalı şəhərində "Qarabağ Tekstil Evi" MMC istifadəyə verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər