Bakıda XI Azərbaycan Beynəlxalq Sığorta Forumu işə başlayıb
Bakıda XI Azərbaycan Beynəlxalq Sığorta Forumu (AIIF-2026) fəaliyyətə başlayıb.
BAKU.WS xəbər verir ki, Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) verilən məlumata görə, Azərbaycan Mərkəzi Bankının strateji dəstəyi və Assosiasiyanın təşkilatçılığı ilə keçirilən forum 24-25 iyun tarixlərini əhatə edir.
Tədbirin rəsmi açılış mərasimində Azərbaycan Mərkəzi Bankı sədrinin birinci müavini Əliyar Məmmədyarovun, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanovun, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının, Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının sədri Ülviyyə Cabbarovanın, həmçinin İcbari Sığorta Bürosu icraçı direktorunun müavini Seymur Mirzəyevin çıxışları planlaşdırılıb.
Artıq ənənə halını alan forumda bu il Qafqaz, Mərkəzi Asiya, Avropa, Türkiyə, Rusiya və MDB məkanını təmsil edən 20-dən çox ölkədən sığorta, təkrarsığorta və broker şirkətlərinin rəhbər şəxsləri iştirak edirlər. Tədbirə həmçinin dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, yerli sığorta bazarının iştirakçıları və digər aidiyyəti təşkilatların təmsilçiləri qatılıblar.
Təxminən 400 iştirakçının yer aldığı və iki gün davam edəcək forum çərçivəsində özəl pensiya sistemləri, təbii fəlakətlər dövründə təkrarsığortanın rolu, türk dövlətlərinin sığorta bazarlarında əməkdaşlıq perspektivləri, həyat və sağlamlıq sığortası, qlobal brokerlik tendensiyaları, eləcə də sığorta sahəsində peşəkar təhsil mövzularında panel müzakirələri keçiriləcək.
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Sığorta Forumu artıq 11-ci dəfədir təşkil olunur və Qafqaz regionunda sığorta sahəsində ən mühüm beynəlxalq əməkdaşlıq platformalarından biri hesab edilir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Sabiq nazirə ağır itki üz verdi
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib













