Nazir: "Pambıqçılığa müasir texnika və mexanizasiya dəstəyi genişləndiriləcək"
Azərbaycanda pambıqçılığa müasir texnika və mexanizasiya dəstəyi genişləndiriləcək.
"Far.Az"un Sabirabada ezam olunmuş müxbiri xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində keçirilən Pambıqçılığın inkişafı məsələlərinə dair müşavirədə bildirib.
Onun sözlərinə görə, pambıq yığımı və torpaq hamarlama işlərində texniki təminatın gücləndirilməsi məqsədilə 2030-cu ilə qədər təxminən 150 ədəd yeni pambıqyığan kombaynın və 122 ədəd yeni lazer malanın alınması nəzərdə tutulur".
Nazir əlavə edib ki, iplik, parça və tekstil istehsalı üzrə hədəflər müəyyən edilib: "2030-cu ilə qədər pambıq emalı sənayesinin bütün mərhələləri üzrə konkret hədəflər müəyyən edilib. İlkin emal mərhələsində iplik istehsalı məqsədilə əlavə olaraq 70 min ton pambıq mahlıcının emala yönəldilməsi nəzərdə tutulur. 2025-ci ildə ilkin emal mərhələsində iplik istehsalı üçün təxminən 27,3 min ton mahlıc emal edilib. Aralıq emal mərhələsində parça istehsalı üçün əlavə 40 min ton ipliyin emala cəlb edilməsi planlaşdırılır. Halbuki, 2025-ci ildə parça istehsalı üçün təxminən 5,2 min ton iplik emal olunmuşdur. Son emal mərhələsində isə tekstil məhsullarının istehsalı üçün əlavə 16 min ton parçanın emala yönəldilməsi nəzərdə tutulur. 2025-ci ildə bu göstərici təxminən 2,6 min ton təşkil edib".
"Bu hədəflərə nail olmaq məqsədilə müəyyən investisiya layihələrinin həyata keçirilməsi nəzərdə tutulur. Həmçinin güzəştli kredit mexanizmlərinin tətbiqi, eləcə də pambıq mahlıcı və iplik istehsalı üzrə məhsul subsidiyalarının verilməsi nəzərdə tutulur", - deyə o qeyd edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Lökbatandakı yanğına helikopterlər indiyədək 150 ton su töküb - YENİLƏNİB-4
İİTKM rəsmisi: "Yeni Dövlət Proqramı aqrar sektorda bütöv dəyər zəncirinin qurulmasına xidmət edir"
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Lökbatandakı yanğına helikopterlər indiyədək 200 ton su töküb - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Nofəl Əsədov FHN-də yüksək vəzifəyə təyin olundu
-
Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq
-
Lənkəranda güclü külək bir sıra fəsadlar törədib, 15-ə yaxın irigövdəli ağac aşıb
-
Kənan Nəsibov: "2028-ci il Los-Anceles olimpiadasında Azərbaycana medal gətirəcəyəm"
-
FT: ABŞ Rusiyanın neft zavodlarına zərbələrə görə Ukraynanı məlumat ötürməməklə hədələyib
-
Tramp: Ukraynanın yeni prezident seçmək vaxtı çatıb













