Azərbaycanlı jurnalistlər "şəhər içində şəhər" - Hamburqdakı "Airbus" zavodu ilə tanış olublar
Azərbaycanlı jurnalistlər "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) sifarişi ilə ilk "A321neo" təyyarəsinin yığıldığı Hamburqdakı (Almaniya) "Airbus" zavodunda olublar.
"Far.Az"un Hamburqa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, mediatur zamanı "Airbus" nümayəndəsi Daniel Verdunq (Daniel Werdung) zavodda 18 min nəfərin çalışdığını qeyd edib. Burada hava limanı və istehsal sahələri ilə yanaşı, demək olar ki, bütün kritik əhəmiyyətli infrastruktur mövcuddur və buna görə də zavod "şəhər içində şəhər" adlanır.
Hamburqdakı zavod "Airbus" təyyarələrinin yığıldığı dörd istehsal sahəsindən biridir. Digər istehsal sahələri Fransa, ABŞ və Çində yerləşir.
"Təchizatçıdan asılı olaraq təyyarələr müxtəlif istehsal sahələrində yığılır. Bu sahələrin hər birində həm də müxtəlif təyyarələr üçün ayrı-ayrı komplektləşdirici hissələr yığılır", - "Airbus"un nümayəndəsi qeyd edib.
Oxşar xəbərlər
Dövlət Gömrük Komitəsi media nümayəndələri üçün mediatur təşkil edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
DYMX Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
FHN zavodda təlim keçirdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“PAŞA Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
-
Britaniyada aviabaza yaxınlığında saxlanılan 5 nəfər girov qarşılığında sərbəst buraxılıb
-
Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI
-
Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsinin sədri saxlanıldı
-
Leyla Əliyeva Romada "Harmoniya" sənədli filminin təqdimatında iştirak edib
-
UEFA rəhbəri İnfantinonu istefa verməyə çağırıb













