Meksika yığması Çexiyaya qalib gələrək tarixi rekorda imza atıb
Far.Az xəbər saytı

Meksika yığması Çexiyaya qalib gələrək tarixi rekorda imza atıb


Meksika yığması DÇ-2026-nın qrup mərhələsinin III turunda Çexiya millisini 3:0 hesabı ilə məğlub edərək tarixi rekorda imza atıb.

"Far.Az" FIFA-ya istinadən xəbər verir ki, komanda tarixində ilk dəfə dünya çempionatının qrup mərhələsinin 3 oyununda qələbə qazanıb.

Komanda həmçinin 1970-ci ildən bəri ilk dəfə bu mərhələdə qapısından qol buraxmayıb. Şimali Amerika təmsilçisi dünya çempionatlarında son 4 matçda qələbə qazanıb ki, bu da komandanın turnirdəki ən uzunmüddətli seriyasıdır.

Qeyd edək ki, Meksika millisi 9 xalla A qrupunu lider başa vurub.

Oxşar xəbərlər

"FIFA Series – 2026": Azərbaycan - Syerra Leone oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-3
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - YENİLƏNİB-6
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub
"FIFA Series – 2026": Azərbaycan - Syerra Leone oyununda ikinci hissə başlayıb
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər