Xankəndi şəhərində hərbçilərin yürüşü başa çatıb - YENİLƏNİB
Xankəndi şəhərində Azərbaycan Silahlı Qüvvələrinin yaranma günü münasibətilə təntənəli yürüş başa çatıb.
"Far.Az"un Xankəndiyə ezam olunan əməkdaşı xəbər verir ki, yürüş Zəfər meydanından başlayaraq şəhərin giriş qapısına qədər davam edib.
Tədbir yerli sakinlər və şəhərin qonaqları tərəfindən böyük maraqla qarşılanıb.
Tədbirdə Azərbaycan Prezidentinin Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin, dövlət qurumlarının rəsmiləri, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında fəaliyyət göstərən Bərpa, Tikinti və İdarəetmə Xidmətinin nümayəndələri, həmçinin dövlət və özəl qurumların əməkdaşları, hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər.
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü münasibətilə Xankəndi şəhərində hərbçilərin yürüşü keçirilir.
"Far.Az"un Xankəndiyə ezam olunan əməkdaşı xəbər verir ki, Azərbaycan Ordusunun hərbi qulluqçularının şəhərin mərkəzi küçələri boyunca təntənəli keçidi ilə başlayan yürüş Müdafiə Nazirliyinin hərbi orkestrinin müşayiəti ilə keçirilib, vətənpərvərlik ruhunda musiqilər səsləndirilib.
Azad Xankəndi torpağında yürüş edən hərbi qulluqçular, vətəndaşlar tərəfindən alqışlarla qarşılanıb.
Oxşar xəbərlər
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib - YENİLƏNİB-4
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Özcan Denizin həyat yoldaşı 3 yaşlı bacısı oğlunun yasına gedə bilmədi
-
Yeni Suraxanı-Hövsan dəmiryol xətti bərpa ediləcək, layihələndirmə işlərinin 30 %-i yekunlaşıb
-
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edilib
-
Sadiq Əliyev kimdir? Maliyyə nazirinin yeni müavini haqqında DOSYE
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (30.10.2026)
-
Roman Abramoviç Bakıya gəlib













