"Nyukasl" Bruno Gimaraynsla bağlı 64 milyon avroluq təklifi rədd edib
İngiltərənin "Nyukasl" klubu Premyer Liqanın digər təmsilçisi "Arsenal"ın Bruno Gimaraynsla bağlı 64 milyon avroluq təklifini rədd edib.
"Far.Az" "Globo"ya istinadən xəbər verir ki, London təmsilçisi 28 yaşlı braziliyalı futbolçu üçün etdiyi təklifə müsbət cavab almayıb.
"Arsenal"ın yarımmüdafiəçi üçün yeni bir təklif irəli sürməyi planlaşdırdığı bildirilir.
Braziliyalı oyunçu 2022-ci ilin yayından "Nyukasl"da çıxış edir. O, 2025/2026 mövsümündə bütün turnirlərdə 41 oyunda meydana çıxıb, 9 qol vurub və 8 məhsuldar ötürmə müəllifi olub. Yarımmüdafiəçi DÇ-2026-da Braziliya yığmasının heyətində qrup mərhələsinin hər 3 qarşılaşmasında iştirak edib və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, "Transfermarkt" portalı futbolçunun dəyərini 70 milyon avro qiymətləndirir. Onun klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.
Oxşar xəbərlər
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Braziliya, Polşa, Çin, Nepal, Hindistan, BƏƏ, Fransa və Tunis vətəndaşları Azərbaycana təxliyə olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
-
"Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb













