Kobaxidze: Əlimizi uzadırıq və ABŞ-dan cavab gözləyirik
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkəsinin xarici siyasət prioritetləri ilə bağlı açıqlama verib.
"Far.Az"un yerli bürosunun məlumatına görə, Kobaxidze Parlamentdə illik hesabatı zamanı bildirib ki, Tbilisi heç bir halda ABŞ-ı Çinlə əvəz etmək niyyətində deyil və Vaşinqtonla strateji tərəfdaşlığın bərpasına hazırdır.
Baş nazir qeyd edib ki, Çinlə əməkdaşlıq digər ölkələrlə münasibətlərə alternativ kimi nəzərdən keçirilmir:
"Biz heç bir halda əvəzetmədən danışmırıq. ABŞ ilə strateji tərəfdaşlığı sıfırdan, təmiz səhifədən bərpa etməyə hazırıq və cavab gözləyirik", – Kobaxidze bildirib.
Onun sözlərinə görə, Çin Gürcüstan üçün mühüm tərəfdaşdır və ölkələr arasında iqtisadi ölçülərdə böyük fərqlərə baxmayaraq, Pekin Tbilisiyə bərabərhüquqlu yanaşma sərgiləyir.
Kobaxidze əlavə edib ki, Gürcüstan Çinlə əməkdaşlığa xüsusi əhəmiyyət verir və bir sıra Avropa İttifaqı ölkələrinin də Çinlə strateji tərəfdaşlıq qurduğunu xatırladıb.
Baş nazir həmçinin ABŞ-la münasibətlərə toxunaraq qeyd edib ki, əvvəlki administrasiya dövründə strateji tərəfdaşlıqda fasilə yaranıb və Gürcüstan bu münasibətlərin yenidən bərpasında maraqlıdır.
"Əlimizi uzadırıq və ABŞ-dan cavab gözləyirik. Strateji tərəfdaşlığın bərpasına nikbin yanaşırıq", deyə Kobaxidze vurğulayıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub
-
Azərbaycan və Böyük Britaniya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
-
COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib
-
Tovuzda hamilə qadın bıçaqlanıb
-
Zelenski: Müharibənin əvvəlindən bəri ən böyük əsir mübadiləsi hazırlanır













