Rafael Fiziyev: "Birinci raunddan sonra sol gözümlə yaxşı görə bilmirdim"
Far.Az xəbər saytı

Rafael Fiziyev: "Birinci raunddan sonra sol gözümlə yaxşı görə bilmirdim"


Azərbaycanın MMA idmançısı Rafael Fiziyev Bakıdakı UFC turnirinin əsas döyüşünün birinci raundundan sonra sol gözü ilə yaxşı görə bilməyib.

"Report"un məlumatına görə, o bu barədə mətbuat konfransında deyib.

R. Fiziyev Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçirilmiş turnirində qalib olması ilə bağlı fikirlərini bölüşüb:

"Birinci raunddan sonra sol gözümlə yaxşı görə bilmirdim. Rəqibin zərbəsi ilə hər şey bulanıq idi. İkinci raundda fırlanaraq zərbə vurmaq istədim, bu da məndə alındı".

İdmançı atasının ona dəstək olduğunu söyləyib:

"Atam mənə çox dəstək olur. O mənə inandığını söylədi. Bugünkü döyüşümə görə çox narahat idi".

Təcrübəli döyüşçü Alim Nəbiyevin məşqçilər heyətində yer almasına toxunub:

"O mənim məşqçimdir və yanımda olacaq. Bu gün birinci raund bitəndə mənə dedi ki, çənəni aşağı sal və sol əlini yuxarı qaldır. Bu mənə çox faydalı oldu".

R. Fiziyev Azərbaycanda azarkeşlərinin çox olduğunu və onları qələbələri ilə sevindirmək istədiyini vurğulayıb.

Oxşar xəbərlər

Bakıdakı hərbi paraddan maraqlı FOTOLAR
"UFC Fight Night Baku": İlkin döyüşlər başa çatıb, Fərman Həsənov qələbə qazanıb - YENİLƏNİB-6
"UFC Fight Night Baku": Gecənin ikinci əsas döyüşündə Maqomedov Pereyranı məğlub edib - YENİLƏNİB-4
Azərbaycanlı döyüşçü İsveçdə MMA turnirində braziliyalı rəqibinə qalib gəlib
Alim Nəbiyev MMA üzrə ardıcıl olaraq üçüncü qələbəsini qazandı - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər