Sabah Bakıda yağış yağacaq, bölgələrə dolu düşəcək
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi səhər mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 17-20° isti, gündüz 23-28° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət isə gecə 55-65 % təşkil edəcək.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 16-20° isti, gündüz 27-32° isti, dağlarda gecə 8-13° isti, gündüz 16-21°, bəzi yerlərdə 25-28° isti olacaq.
Oxşar xəbərlər
Bayram günlərinin havası açıqlanıb
Bayramın bu günlərində YAĞIŞ YAĞACAQ - Tarixlərə görə PROQNOZ
Küləkli hava şəraiti bu vaxta qədər DAVAM EDƏCƏK
Bayram günlərində gözlənilən hava proqnozu açıqlanıb
Bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir













