Xamenei: Tramp və Netanyahunun bəyanatları İrana qarşı cinayətlərin etirafıdır
Far.Az xəbər saytı

Xamenei: Tramp və Netanyahunun bəyanatları İrana qarşı cinayətlərin etirafıdır


ABŞ və İsrail rəhbərlərinin Donald Trampla Benyamin Netanyahunun İrana qarşı hücumlar barədə bəyanatları törədilən cinayətlərin etirafıdır.

"Report" xəbər verir ki, bu barədə İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciətində bildirib.

"Onların bu hücumlarla fəxr etməsi cinayətin etirafı hesab olunur və İran xalqının pozulmuş hüquqlarının bərpası üçün zəmin yaradır", - Xamenei xatırladıb.

Onun sözlərinə görə, 40 günlük müharibədə həyata keçirilən hücumların araşdırması və dəyən ziyanın hesablanması davam etdirilir. "Bu addım belə cinayətlərin təkrarlanmasının qarşısını alacaq", - İranın Ali rəhbəri vurğulayıb.

Qeyd edək ki, Xameneinin müraciəti İrandakı "məhkəmə həftəsi"nə həsr olunub.

Oxşar xəbərlər

Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Leyla Əliyeva və Alyona Əliyeva Müstəqillik Gününə həsr olunmuş konserti izləyiblər
Xameneinin əvvəllər yayımlanmayan fotoları üzə çıxdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər