Azərbaycanda xüsusi icra məmurları kameral vergi yoxlamalarına cəlb ediləcək
Far.Az xəbər saytı

Azərbaycanda xüsusi icra məmurları kameral vergi yoxlamalarına cəlb ediləcək


İqtisadiyyat Nazirliyinin Kollegiyası "Vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədi ilə bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında" qərarda dəyişiklik edib.

"Far.Az" xəbər verir ki, bununla bağlı nazir Mikayıl Cabbarov qərar imzalayıb.

Qərara əsasən, Azərbaycanda xüsusi notariuslarla yanaşı, xüsusi icra məmuru fəaliyyəti ilə məşğul olan, lakin məcburi dövlət sosial sığorta haqları göstərməyən vergi ödəyicilərinin təhlili üzrə Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemindən (AVİS) kənar qaydada kameral vergi yoxlamaları aparılacaq.

Xüsusi notariusların gəlir vergisi bəyannaməsinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən təsdiq edilmiş müvafiq forma üzrə bölmələri, eləcə də xüsusi notariusların gəlir vergisi bəyannaməsinin əlavələri xüsusi icra məmurlarına da aid edilib.

Bundan başqa, xüsusi notariuslarda olduğu kimi, xüsusi icra məmurlarının gəlir vergisi ödəyiciləri üzrə risklərin müəyyən edilməsi zamanı müəyyən edilən risk meyarları nəzərə alınmaqla AVİS-dən kənar qaydada kameral vergi yoxlamaları aparılacaq.

Xüsusi icra məmurunun fəaliyyətinə görə bir ay ərzində alınan standart və əlavə icra haqları (xərclər nəzərə alınmadan) vergitutma obyekti hesab ediləcək.

Xüsusi icra məmurunun fəaliyyətinə görə bir ay ərzində alınan standart və əlavə icra haqlarından (xərclər nəzərə alınmadan) və xüsusi notarius tərəfindən aparılan notariat hərəkətlərə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlardan verginin düzgün tutulması, gəlirin yoxlanması zamanı nəzərə alınacaq.

Oxşar xəbərlər

“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər