ICMP Azərbaycan və Ermənistan arasında itkin şəxslər probleminin həllinə vasitəçilik etməyə hazırdır
Far.Az xəbər saytı

ICMP Azərbaycan və Ermənistan arasında itkin şəxslər probleminin həllinə vasitəçilik etməyə hazırdır


Azərbaycan itkin düşmüş şəxslərin məsələsinin həllində ciddi tədbirlər həyata keçirir.

"Report" xəbər verir ki, bunu İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyasının (ICMP) baş direktoru Katrin Bomberqer "İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan konteksində görülür ki, bu ölkə yerli səviyyədə koordinasiyalı iş görür:

"Azərbaycanda itkin düşmüş şəxslərin problemi ilə bağlı necə tədbirlər görülür, qanunvericilik çərçivəsində işlər həyata keçirir. İtkin düşmüş şəxslərlə bağlı məsələsinin həllində qurumlar və ailələr arasında koordinasiya daha da gücləndirilməlidir.

Baş direktor bildirib ki, ICMP Azərbaycan və Ermənistan arasında itkin düşmüş şəxslər məsələsinin həllində əməkdaşlığa töhfə verməyə hazırdır:

"İki ölkə arasında sülh dönəmində bu sahədə əməkdaşlıq vacibdir. Həmçinin ICMP Azərbaycanın sülhü təşviq etmək istiqamətindəki səylərini alqışlayır".

Oxşar xəbərlər

Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Leyla Əliyeva Türkmənistanda beynəlxalq konfransda iştirak edib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər