Birinci Türkoloji Qurultayın elmi-mədəni irsi beynəlxalq konfransda müzakirə olunub
Bakı Dövlət Universitetində (BDU) Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Birinci Türkoloji Qurultayın elmi-mədəni irsi: tədqiqi və tədrisi" adlı beynəlxalq elmi konfrans keçirilib.
"Report" xəbər verir ki, tədbirdə Türkiyə, Qırğızıstan və digər ölkələrin alimləri müxtəlif məruzələrlə çıxış ediblər.
Azərbaycan Dövlət Pedaqoji Universitetin (ADPU) Filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Həcər Hüseynova "Birinci Türkoloji Qurultayın Türk dünyasının elmi birliyində rolu" mövzusundan danışaraq bildirib ki, Birinci Türkoloji Qurultay vahid elmi platformada birlik yaratdı:
"Qurultayın siyasi əhəmiyyəti böyük idi. Müasir dövrdə də Birinci Türkoloji Qurultayın ideyaları hələ də aktualdır. Birinci Türkoloji Qurultay türk xalqların elmi tarixində xüsusi yer tutub. Elmin formalaşmasının əsas mərhələlərindən biri kimi qiymətləndirilməsi təsadüfü deyil".
BDU-nun Filologiya fakültəsinin Ümumi dilçilik kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Məhəmməd Məmmədov "Birinci Türkoloji Qurultaydan repressiyaya: Hənəfi Zeynallının folklorşünaslıq irsi" barədə danışıb:
"Hənəfi Zeynallı Birinci Türkoloji Qurultayın fəal iştirakçılarından olub. O, ümumi vahid terminologiyanın yaradılması üçün çalışıb. Terminlərdə türk sözlərindən istifadənin önəmini hər zaman vurğulayıb. Hənəfi Zeynallı Azərbaycan folklorunun ayrılıqda deyil, ümumi türk folklorunun birgə öyrənilməsini təbliğ edib".
AMEA-nın həqiqi üzvü, filologiya elmləri doktoru, professor Nizami Cəfərov "Azərbaycan türkləri Birinci Türkoloji Qurultayda" adlı məruzə ilə çıxış edib:
"Azərbaycandakı ziyalıların hamısının Türk dünyası ilə əlaqəsi var idi. Hətta tacirlər, mühəndislər belə Türk dünyası ilə bağlı idi. Bundan başqa, 1926-cı ildə təkcə Azərbaycan dilinin türk dili adlandırılması da Birinci Türkoloji Qurultayın Bakıda keçirilməsinin əsas səbəblərindən idi".
Kırıkkale Universitetinin professoru Bilgehan Atsız Gökdağ "Yeni Qafqaz jurnalı və Bakı Türkoloji Qurultayı" konteksində məruzə edərək Azərbaycanın "Türk Dünyası Həftəsi"nin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb.
Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Bülent Bayram ortaq türk əlifbasının yaradılmasının çətin və zaman tələb edən proses olduğunu söyləyib
Tədbir müzakirələrlə davam edib.
Oxşar xəbərlər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib
BDU-da şəhid jurnalist Məhərrəm İbrahimova həsr olunmuş kitabın təqdimatı keçirilib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Turan Tovuz" Rahil Məmmədovu transfer edib
-
Əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlu vəfat edib
-
"Kalyari" Daniel Maldinini icarəyə götürüb
-
Əli Nikzad: Hücum zamanı ABŞ-yə kömək edənlər raket hədəfinə çevriləcək
-
İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib
-
Zelenski: Rusiya Odessanın enerji infrastrukturuna sərt zərbə endirib













