Talantbek Taşibekov: Türk dövlətləri arasında müxtəlif sahələrdə təcrübə mübadiləsi zəruridir
Türk dövlətləri arasında müxtəlif sahələrdə təcrübə mübadiləsi zəruridir.
"Report"un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, bunu TDT-yə üzv dövlətlərin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Şuşa şəhərində keçirilən Birinci görüşündəki çıxışında Qırğız Respublikası Prezidenti yanında Dini, Məsələlər və Millətlərarası Münasibətlər üzrə Milli Agentliyin sədri Talantbek Taşibekov deyib.
O, qeyd edib ki, informasiya texnologiyalarının inkişafı şəraitində türk dövlətləri arasında təcrübə mübadiləsi zəruridir:
"Müxtəlif qlobal trendlər qarşılıqlı maraq doğuran məsələlərlə bağlı təcrübə mübadiləsini və əlaqələndirilmiş yanaşmaların inkişaf etdirilməsini zərurətə çevirir. Bu baxımdan, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi xüsusilə aktualdır. Ölkələrimizi ortaq tarixi köklər, mədəni yaxınlıq, sülhü, sabitliyi və sosial harmoniyanı qorumaq istəyi birləşdirir.
Bu çərçivədə dövlətlərimizin inkişafı üçün həyati əhəmiyyətli resurs olan gənclərə xüsusi diqqət yetirilməlidir. Təhsil mübadiləsi, elmi əməkdaşlıq və mədəni qarşılıqlı əlaqə üçün imkanların yaradılması Türk dünyasının gənc nəsilləri arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə və davamlı humanitar əlaqələrin formalaşmasına töhfə verəcək".
Oxşar xəbərlər
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran və Oman Hörmüz boğazından keçən üçüncü dəhlizin açılmasını müzakirə edirlər
-
"Onminlərlə manat vəsait qoymuşuq, iki aydır işləyə bilmirik" - Nərimanovda ərazi niyə hasara alınıb?
-
Andrea Pirlo Rusiya ilə əlaqələrinə görə İtaliya millisinə baş məşqçi təyin olunmadı
-
Ceyranbatanda binanın elektrik şaxtasında yanğın olub - YENİLƏNİB
-
Qəza siqnalı verən ABŞ təyyarəsi Fars körfəzi üzərində uçuşları bərpa edib
-
Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib













