Kastamonuda güclü sel: Evlər və iş yerləri su altında qaldı
Türkiyənin Kastamonu vilayətində aramsız yağan güclü yağışlar ciddi fəsadlara səbəb olub. Cide rayonunda baş verən sel nəticəsində yaşayış evləri, iş yerləri və avtomobillər su altında qalıb.
Far.Az xəbər verir ki, Meteorologiya Baş İdarəsinin "narıncı" xəbərdarlığından sonra bölgədə yağan intensiv yağışlar xüsusilə sahil rayonlarında daşqınlara yol açıb. Doğanyurt rayonunda hər kvadratmetrə 157 kiloqram yağıntı düşdükdən sonra Cide rayonunda da Devrekani çayının məcrasından çıxması nəticəsində rayon mərkəzini sel suları basıb.
Daşqın səbəbindən evlərin və iş yerlərinin aşağı mərtəbələri su altında qalıb, bir sıra avtomobillər yollarda hərəkətsiz vəziyyətdə qalıb. Güclü yağış Cide–Bartın avtomobil yolunda nəqliyyatın hərəkətini də dayandırıb.
Bölgədə əvvəlcədən yerləşdirilmiş Dövlət Su İşləri (DSİ), Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) və bələdiyyə əməkdaşları tərəfindən suyun yaşayış məntəqələrindən çəkilməsi və sakinlərin təhlükəsizliyinin təmin olunması istiqamətində işlər aparılır.
Bundan əlavə, Devrekani çayı üzərindəki körpülərin dayaqlarının sel suları ilə gətirilən tullantılar səbəbindən tutulmaması üçün xüsusi texnika vasitəsilə təmizləmə işləri davam etdirilir. Hazırda bölgədə vəziyyət nəzarətdə saxlanılır.
Oxşar xəbərlər
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Xaçmazda aramsız yağan leysan nəticəsində 537 evi su basıb
Zaur Mikayılov: "Dövlət Proqramının real nəticələrini insanlar 2029-cu ildən hiss edəcəklər"
Zaur Mikayılov: "Dövlət Proqramının real nəticələrini insanlar 2029-cu ildən hiss edəcəklər" - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Media nümayəndələri üçün növbəti "Sosial Jurnalistika" təlimi təşkil edilib
-
Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib
-
AZƏRTAC yeni layihəyə başlayıb
-
40 dərəcə isti olacaq - HAVA PROQNOZU
-
Qəza siqnalı verən ABŞ təyyarəsi Fars körfəzi üzərində uçuşları bərpa edib
-
ASCO sərnişindaşımanı 4 %-ə yaxın artırıb













