Dünya üzrə milyarderlərin sayı rekord həddə çatdı
Far.Az xəbər saytı

Dünya üzrə milyarderlərin sayı rekord həddə çatdı


Dünya üzrə milyarderlərin sayı hazırda 3 302 nəfərə çataraq yeni rekord müəyyənləşdirib.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə İsveçrənin "UBS Group AG" bankının TASS-a təqdim edilən illik hesabatında qeyd olunub.

Tədqiqat 2025-ci ilin aprel ayından 2026-cı ilin aprel ayınadək olan müddəti özündə birləşdirir.

Hesabatda qeyd edilir ki, bu il qlobal miqyasda 3 302 dollar milyarderi mövcuddur və bu, 2025-ci ildəkindən 383 nəfər və ya təqribən 13.1% çoxdur.

Həmin şəxslərin mindən çoxu ABŞ-də, 562-si Çində, 211-i isə Hindistanda yaşayır.

Daha sonra 193 və 122 milyarderlə müvafiq olaraq Almaniya və Rusiya gəlir ki, bu da milyarderlərin sayının 100-ü ötdüyü son ölkələrdir.

Bildirilir ki, bu şəxslərin böyük qismi 50 milyard dollardan az aktivə malikdir. 18 nəfərin varidatı 50-100 milyard dollar, digər 19 nəfərin sərvəti isə 100 milyard dollardan yuxarı olaraq qiymətləndirilir. Üstəlik, sonunculardan 15-i ABŞ-də yaşayır.

Məlumata əsasən, 2026-cı ildə milyarderlərin ümumi sərvəti 2025-ci illə müqayisədə 25% artım nümayiş etdirib.

Oxşar xəbərlər

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər