Fikrət Məmmədov: "Azərbaycanda enerji keçidi üçün qanunvericilik bazası təkmilləşdirilir"
Azərbaycanda ənənəvi elektrik şəbəkələrinin yeni bərpa olunan enerji infrastrukturlarına inteqrasiyası istiqamətində mühüm addımlar atılır, qanunvericilik bazası isə bu prosesə uyğun olaraq yenilənir.
"Report" məlumat verir ki, bu barədə "Sage Solutions" MMC-nin direktoru Fikrət Məmmədov "Ədalətli keçid dialoqu: Azərbaycanda yaşıl iqtisadiyyata ədalətli keçidin təmin edilməsi" mövzusunda keçirilən tədbirində çıxış edərkən söyləyib.
Onun sözlərinə görə, qanunvericilik müstəvisində bu sahədəki münasibətləri nizama salan yeni normativ aktlar, qərarlar və texniki standartlar işlənib hazırlanır: "Bu prosesdə ədalətli keçidin reallaşdırılması xüsusi önəm daşıyır. Ədalətli keçid vətəndaşların yeni peşə bacarıqları qazanma imkanlarının artırılması deməkdir. Məhz buna görə yeni proqramlar, müasir tədris kursları, təlimlər nəzərdə tutulmalı, yeni iş yerlərinə uyğunlaşa biləcək insanlar və onların ehtiyacları bu prosesə daxil edilməlidir".
O vurğulayıb ki, "Masdar" şirkəti ilə ortaq şəkildə həyata keçirilən kadr hazırlığı layihəsi bir sıra proqramları əhatə edəcək: "Hazırda bir neçə proqram və bununla əlaqədar təlim məsələləri üzərində iş aparılır, yaxın vaxtlarda biz onları geniş ictimaiyyətin və mütəxəssislərin diqqətinə çatdıracağıq".
F.Məmmədovun bildirdiyinə görə, artıq "Masdar" şirkətinin ekspertləri ilə bu mövzuda ətraflı müzakirələr aparılıb və onlardan ilkin qiymətləndirmələr əldə olunub: "Koordinasiya çərçivəsində onlardan təkliflər almışıq. Hesab edirik ki, növbəti mərhələ uğurla nəticələnəcək. Həmin proqramlar Elm və Təhsil Nazirliyinə təqdim ediləcək, bundan sonra isə Azərbaycanda tədris prosesinə daxil ediləcək. Proqramlar texniki xidmət, mühəndislik və digər sahələri əhatə edəcək".
Oxşar xəbərlər
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
FHN WUF13-ə hazırlıq çərçivəsində otellərdə təlimlər keçirib
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Dərnəgül istiqamətində gedənlərin DİQQƏTİNƏ: Təhlükə var
-
"Everton" və "Kristal Pelas" klubları futbolçu mübadiləsi həyata keçiriblər
-
Göygöldə 64 yaşlı kişi çaya yıxılaraq ölüb
-
"Neftçi" klub tarixinin ən bahalı satışını edir
-
ABŞ hərbçiləri Oman körfəzində yük gəmisini vurub
-
Sədərək-Binə yolunda lampa daşıyan yük maşını kül oldu













