Vüqar Gülməmmədov: "Ötən il dövlət satınalmaları aparan 900-dən çox təşkilat prosesə ikinci rübdə başlayıb"
2025-ci ildə müsabiqə əsaslı dövlət satınalmaları həyata keçirmiş təxminən 1 400 təşkilatın 900-dən çoxu satınalma fəaliyyətinə yalnız ikinci rübdən başlayıb.
"Report" xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Bakıda keçirilən INTOSAI-ın Dövlət Satınalmalarının Auditi üzrə İşçi Qrupunun illik toplantısında bildirib.
Onun sözlərinə görə, 2025-ci il ərzində müsabiqə əsaslı dövlət satınalmaları həyata keçirmiş 1 400-dən çox təşkilatın 900-dən çoxu, yəni təxminən 64 %-i satınalma fəaliyyətinə yalnız ikinci rübdən etibarən başlayıb: "2025-ci ildə baş tutmuş satınalmaların strukturunda müsabiqə əsaslı satınalmalar say baxımından cüzi üstünlük təşkil etsə də (52,4 %), məbləğ baxımından bir mənbədən satınalma üsulu üstün olub və ümumi satınalma dəyərinin 54,6 %-ni təşkil edib. Hesablama Palatasının dövlət satınalmaları ilə bağlı apardığı təhlillər hələ yekunlaşmayıb və əldə olunan nəticələr ilkin xarakter daşıyır".
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır













