Pinyo: Ursula fon der Lyayenin Cənubi Qafqaza səfəri sülh prosesi və regional əlaqəliliyə yönəlib
Far.Az xəbər saytı

Pinyo: Ursula fon der Lyayenin Cənubi Qafqaza səfəri sülh prosesi və regional əlaqəliliyə yönəlib


Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Cənubi Qafqaza səfəri Ermənistanla Azərbaycan arasındakı sülh prosesi və Avropa İttifaqının (Aİ) regional əlaqəliliyin inkişafı üzrə səyləri kontekstində nəzərdən keçirilməlidir.

"Report"un Avropa bürosu xəbər verir ki, bunu Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının mətbuat xidmətinin rəhbəri Paula Pinyo bildirib.

Fon der Lyayenin səfəri ilə bağlı sualı cavablandıran Pinyo qeyd edib ki, bu gün Avropa Komissiyası rəhbəri Azərbaycanda, sabah isə Ermənistanda danışıqlar aparacaq.

Səfərdə Ursula fon der Lyayeni genişlənmə məsələləri üzrə komissar Marta Kos müşayiət edəcək.

Pinyonun sözlərinə görə, regional səfər Azərbaycan və Ermənistan arasında "tarixi" sülh sazişinin paraflanmasından sonra baş tutur və Aİ regionda nəqliyyat və enerji əlaqəliliyinin inkişafına kömək etməyə çalışır.

"Əlaqəlilik dedikdə, mən energetika və nəqliyyatı nəzərdə tuturam. Bu, insanların yaxınlaşmasında və inteqrasiyanın təmin edilməsində həlledici rol oynaya bilər", - o, Aİ-nin regiona yanaşmasını ümumiləşdirərək bildirib.

Oxşar xəbərlər

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər