Hesablama Palatası: "Satınalma auditində korrupsiya və maraqlar toqquşması riskləri xüsusi qiymətləndirilir"
Dövlət satınalmalarının auditi zamanı korrupsiya, maraqların toqquşması və dövlət vəsaitinin itirilməsi riskləri xüsusi qiymətləndirilir.
"Far.Az" xəbər verir ki, bunu Hesablama Palatasının Sosial sahələrin auditi şöbəsinin müdir müavini Qüdrət Hümbətov Bakıda keçirilən Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatının (INTOSAI) Dövlət Satınalmalarının Auditi üzrə İşçi Qrupunun illik toplantısında bildirib.
Onun sözlərinə görə, satınalma auditində risklər müxtəlif kateqoriyalar üzrə təhlil olunur: "Bunlara normativ-hüquqi, prosedur, maliyyə, müqavilələrin icrası, texniki sənədləşmə, eləcə də korrupsiya və maraqların toqquşması ilə bağlı risklər daxildir. Hər bir riskin başvermə ehtimalı və təsir dərəcəsi ayrıca qiymətləndirilir. Bəzi risklərin başvermə ehtimalı yüksək olsa da, dövlət vəsaitinə təsiri aşağı ola bilər. Əksinə, başvermə ehtimalı az olan risklər böyük maliyyə itkilərinə səbəb ola bilər. Buna görə də risklərin qiymətləndirilməsi xüsusi metodologiya əsasında aparılır".
Palata nümayəndəsi bildirib ki, audit zamanı əsas diqqət yalnız prosedur pozuntularının aşkarlanmasına yönəlmir: "Auditorlar ilk növbədə həmin risklərin dövlət vəsaitinin itkisinə səbəb olub-olmadığını, korrupsiya, sövdələşmə və maraqların toqquşması hallarına şərait yaradıb-yaratmadığını araşdırırlar. Bu risklər satınalma prosesinin planlaşdırılması mərhələsindən başlayaraq tenderin keçirilməsi, qiymətləndirmə, müqavilələrin bağlanması və icrası da daxil olmaqla bütün mərhələlər üzrə qiymətləndirilir".
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Azərbaycanda auditin yeni missiyası: Etimad yaradan strateji tərəfdaşlıq modeli - ARAŞDIRMA
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Dərnəgül istiqamətində gedənlərin DİQQƏTİNƏ: Təhlükə var
-
"Everton" və "Kristal Pelas" klubları futbolçu mübadiləsi həyata keçiriblər
-
Göygöldə 64 yaşlı kişi çaya yıxılaraq ölüb
-
"Neftçi" klub tarixinin ən bahalı satışını edir
-
Növbəti 2 günlə bağlı əhaliyə HAVA XƏBƏRDARLIĞI
-
ABŞ hərbçiləri Oman körfəzində yük gəmisini vurub













