İspaniya millisinin sabiq futbolçusu Santi Kazorla karyerasını başa vurub
Far.Az xəbər saytı

İspaniya millisinin sabiq futbolçusu Santi Kazorla karyerasını başa vurub


İspaniya yığmasının heyətində 2 dəfə Avropa çempionu olmuş 41 yaşlı yarımmüdafiəçi Santi Kazorla karyerasını başa vurub.

"Report" xəbər verir ki, futbolçu bunu sosial şəbəkə hesabında açıqlayıb.

Təcrübəli oyunçu karyerası ərzində İspaniyanın "Vilyarreal", "Malaqa", İngiltərənin "Arsenal" və Qətərin "Əl-Sədd" klublarının da formasını geyinib. O, "Asenal"ın heyətində 3 dəfə İngiltərə Kuboku və Superkubokunun qalibi olub.

S.Kazorla millinin heyətində 2008 və 2012-ci illərdə Avropa çempionluğunu qazanıb.

Qeyd edək ki, yarımmüdafiəçi yetirməsi olduğu "Ovyedo" (İspaniya) klubunda 2023-cü ildən çıxış edirdi. Kazorla klub səviyyəsində 774 oyuna çıxıb, 144 qol vurub və 156 məhsuldar ötürmə müəllfi olub. O, İspaniya yığmasının heyətində meydana çıxdığı 81 matçda, 15 qol və 11 məhsuldar ötürməyə imza atıb.

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
"Eurovision–2011" qalibi ELDAR Münhendə OGAE Germany fan-klub görüşündə çıxış edib
Azərbaycan Kuboku: "Sabah" - "Zirə" oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
"Sabah" Azərbaycan Kubokunun 2025/2026 mövsümünün qalibi olub - YENİLƏNİB-6

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər