Şəhərdə "peyda olanlar" sakinləri bezdirdilər
Xüsusilə son iki ildə paytaxtın müxtəlif ərazilərində Amerika ağ kəpənəyinin sürətlə yayılması müşahidə olunur.
Atatürk prospekti, 9 ünvanında yaşayan sakinlərin sözlərinə görə, ziyanvericinin tırtılları ağacların yarpaqlarını məhv etməklə yanaşı, yaşayış binalarına və mənzillərə də daxil olur.
"Ötən il 50 manat verib binanın həm daxilini, həm də ətrafını dərmanlatdırdım. İndi oturduğum yerdə ayağımda ikisi gəzirdi. Divarlara baxanda isə sayının daha çox olduğunu gördüm. Yeddinci mərtəbəyə qədər qalxır, hətta yataqlara da girirlər", - deyə sakinlərdən biri qeyd edib.
Məsələ ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib ki, xüsusi tədbirlər planı hazırlanıb. Ərazidə gündəlik monitorinqlər aparılır, kəpənək tırtıllarının aşkarlandığı yerlərdə xüsusi vasitələrlə dərmanlama işləri həyata keçirilir.
Vətəndaşların bir qismi bu ziyanvericinin ölkəyə idxal olunan meyvələrlə gətirildiyini düşünür. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, ölkəyə idxal edilən bütün növ bitki və bitkiçilik məhsulları zərərli orqanizmlərin müəyyənləşdirilməsi məqsədilə laborator müayinələrə cəlb olunur. İndiyədək idxal olunan məhsullarda Amerika ağ kəpənəyinin aşkarlanması faktı qeydə alınmayıb.
Oxşar xəbərlər
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb
Bu gün paytaxtın 555 küçəsi yuyuldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qarabağ"ın UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşib
-
Quzu əti niyə fərqli qiymətlərə satılır
-
UEFA Avropa Liqası: "Qarabağ" II təsnifat mərhələsinə yüksəlib
-
Rəşad Sadıqov: "Torpedo" ilə qarşılaşmaq istəmirdik"
-
İspaniya baş nazirinin həyat yoldaşı barəsindəki məhkəmə qərarı dəyişdi
-
Venesuelada zəlzələ qurbanlarını sayı 4 930 nəfərə çatıb













