Mirziyoyev Tbilisidə Əlişir Nəvainin abidəsinin açılışında iştirak edəcək
Far.Az xəbər saytı

Mirziyoyev Tbilisidə Əlişir Nəvainin abidəsinin açılışında iştirak edəcək


Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Gürcüstana dövlət səfəri çərçivəsində Prezident Sarayında rəsmi qarşılanma mərasimi keçirilib.

"Report"un Gürcüstan bürosunun məlumatına görə, mərasimdə Gürcüstan və Özbəkistanın dövlət himnləri səsləndirilib, daha sonra prezidentlər bir-birlərinə rəsmi nümayəndə heyətlərini təqdim ediblər.

Rəsmi qarşılanma mərasimindən sonra Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında təkbətək görüş başlayıb.

Səfər proqramına əsasən, Şavkat Mirziyoyev Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə də görüşəcək. Görüşlərdən sonra müxtəlif sahələr üzrə əməkdaşlığa dair sənədlərin, o cümlədən müqavilə və anlaşma memorandumlarının imzalanması nəzərdə tutulur.

Səfər çərçivəsində Özbəkistan Prezidenti Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəmanların xatirəsinə ucaldılmış abidəni ziyarət edərək əklil qoyacaq, həmçinin Tbilisidə özbək şairi Əlişir Nəvainin abidəsinin açılış mərasimində iştirak edəcək.

Qeyd edək ki, Şavkat Mirziyoyev bu gün onu müşayiət edən nümayəndə heyəti ilə birlikdə Gürcüstana dövlət səfərinə gəlib.

Oxşar xəbərlər

İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər