İKZF 2025-ci ildə mənzil alışını 5 %-dən çox azaldıb
Far.Az xəbər saytı

İKZF 2025-ci ildə mənzil alışını 5 %-dən çox azaldıb


İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 2025-ci il ərzində satmaq öhdəliyi ilə kirayə məqsədli yaşayış sahələri fonduna 311,214 milyon manat həcmində mənzil əlavə edib.

"Far.Az" bu barədə Fondun hesabatına istinadən xəbər verir.

Bu göstərici 2024-2025-ci illəri əhatə edən dövrdə yaşayış sahələri fondunun həcminin demək olar ki, 2 dəfə böyüməsini ifadə edir. Bununla belə, keçən il 2024-cü illə müqayisədə 5,2 % daha az yaşayış sahəsi satın alınıb.

Hesabat dövrü ərzində yaşayış sahələrinə aid avans ödəmələri 27,7 % geriləyərək 185,511 milyon manat səviyyəsinə enib, satmaq öhdəliyi ilə kirayə üçün təmirli yaşayış sahələrinin dəyəri isə 75,1 % yüksələrək 125,703 milyon manata çatıb.

Qeyd edək ki, İKZF ölkə Prezidentinin 25 dekabr 2017-ci il tarixli fərmanı əsasında, "Azərbaycan İpoteka Fondu" və "Kredit Zəmanət Fondu" ASC-lərin birləşmə formasında yenidən təşkil edilməsi yolu ilə fəaliyyətə başlayıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Azərbaycanda mənzil təminatı: sosial inklüzivlik və dayanıqlı urbanizasiya modeli – ARAŞDIRMA
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər