Televiziya rəhbərləri: "Baku TV" reytinqlərdə birinci yerdədir
Bu gün xəbərlərdə gündəmi sosial şəbəkələr müəyyən edir.
"Far.Az" xəbər verir ki, bunu "Real TV"də yayımlanan "Media Masası" proqramında Azərbaycan Televiziyasının (AzTV) sədri Rövşən Məmmədov deyib.
O qeyd edib ki, Azərbaycan televiziyaları sosial şəbəkələrdə kifayət qədər fəaldır və milyonlarla baxışları var.
AzTV sədrinin fikrini dəstəkləyən İTV-nin baş direktoru Balaş Qasımov isə "Baku TV"ni misal gətirərək, bu telekanalın "Youtube"da çox böyük baxış topladığını vurğulayıb . "Baku TV birinci yerdədir",- AzTV sədri də həmkarının fikrini təsdiqləyib.
R. Məmmədov qeyd edib ki, son beş ildə Azərbaycan mediasında ciddi inkişaf müşahidə olunur. Bu inkişaf dövlət, özəl və internet televiziya kanallarında həm məzmun, həm də texnoloji səviyyədə özünü göstərir.
AzTV sədri vurğulayıb ki, hazırda telekanal fəal şəkildə beynəlxalq təcrübəni öyrənir və müasir tələblərə uyğun yenilənməyi hədəf qoyub.
"Bu yaxınlarda AzTV-nin əməkdaşları "CNN Portugal"da təlim və təcrübə mübadiləsində iştirak ediblər. Eyni zamanda, kanal "Euronews"un iş təcrübəsini öyrənir",- R. Məmmədov bildirib.
O əlavə edib ki, ilin sonunadək tamaşaçılar tam yenilənmiş AzTV-ni izləyə biləcəklər. Kanal öz ənənələrini qorumaqla daha geniş auditoriyaya xitab edəcək.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib













