AFAD əməkdaşları Venesuelada ordenə layiq görülüblər
Venesuelada zəlzələnin fəsadlarını aradan qaldırmağa yardım edən Türkiyə Fəlakət və Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) əməkdaşları "Dövləti Qəhrəmanlığı Nişanı"na (Orden Libertadores y Libertadoras de Venezuela) layiq görülüblər.
"Report" xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
"Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın tapşırıqlarına uyğun olaraq, 25 iyun 2026-cı il tarixində Venesuelada baş verən zəlzələlərin ardınca, dost Venesuela xalqına kömək etmək məqsədilə bölgəyə çatan və günlərdir fasiləsiz şəkildə çalışan Türk Axtarış-Xilasetmə qrupları, Venesuela Qəhrəmanlığı Nişanı ilə şərəfləndirilib", - məlumatda deyilir.
Venesuela Bolivar Respublikasının Prezidenti vəzifəsini icra edən xanım Delsi Rodriqesin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür məktubu xilasetmə briqadasına təqdim edilib.
Xatırladaq ki, iyunun 25-nə keçən gecə Venesuelanın şimalında 7,1 maqnitudalı zəlzələ baş verib. ABŞ Geoloji Xidməti daha sonra 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı iki yeraltı təkan barədə məlumat verib. Zəlzələlər nəticəsində ölənlərin sayı 2954 nəfərə, yaralıların sayı isə 16 592 nəfərə çatıb.
Venezuela’da Görev Yapan Türk Arama Kurtarma Ekiplerimiz, “Venezuela Devleti Kahramanlık Nişanı”yla Onurlandırıldı.
— AFAD (@AFADBaskanlik) July 4, 2026
🇹🇷🇻🇪
Cumhurbaşkanımız Sayın Recep Tayyip Erdoğan'ın talimatları doğrultusunda, 25 Haziran 2026 tarihinde Venezuela’da meydana gelen depremlerin ardından, dost… pic.twitter.com/M37CWBlLFQ
Oxşar xəbərlər
DÇ-2026-nın ən cazibədar xanım azarkeşləri
Balıkesirdəki zəlzələ zamanı 25 bina zərər görüb
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Venesuelada dağıdıcı zəlzələ nəticəsində azı 32 nəfər ölüb
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb













