Rüfət Abdullzadə: "Legioner həyatı yaşamaq futbolçunu mental və fiziki cəhətdən böyüdür"
Beynəlxalq arenada Azərbaycanın nə qədər çox futbolçusu olsa, rəqabət artacaq və bu da birbaşa millinin səviyyəsini qaldıracaq.
Bunu "Report"a müsahibəsində Azərbaycan millisinin üzvü Rüfət Abduallazadə deyib.
İsrailin "Hapoel" (Kiryat Şmona) klubuna transfer olunan 25 yaşlı yarımmüdafiəçi yığma üzvlərinin legioner həyatı yaşamasının müsbət hal olduğunu söyləyib:
"Bunun təsiri mütləq müsbət olacaq. Legioner həyatı yaşamaq futbolçunu həm mental, həm də fiziki cəhətdən böyüdür. Fərqli futbol mühitləri, sürət və tələblər görən oyunçular milliyə qayıdanda komandaya daha çox özünəinam gətirirlər. Beynəlxalq arenada nə qədər çox oyunçumuz olsa, rəqabət artacaq və bu da birbaşa yığmanın səviyyəsini qaldıracaq. Ümumiyyətlə, düşünürəm ki, futbolçuların xaricə yollanmasında və uzunmüddətli karyera planlarında agentlərin rolu çox böyükdür. Uğurlu transferlərin arxasında bu peşəkar idarəçilik dayanır və bunu mütləq nəzərə almaq lazımdır".
Rüfət Abdullazadənin müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.
Oxşar xəbərlər
Rüfət Abdullzadə: "İsrail çempionatı karyeram üçün tramplin olacaq" - MÜSAHİBƏ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gələn il pensiya və müavinətlər artırılacaq? - RƏSMİ CAVAB
-
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
-
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
FIBA Avropa Kuboku: "Neftçi" Bolqarıstan səfərində uduzub
-
Prezidentdən atmosfer havasının çirklənməsinə qarşı mübarizə ilə bağlı sərəncam
-
"Gəncə" FIBA Avropa Kubokundakı növbəti matçında məğlub olub













