Makron Suriyada rəsmi səfərdədir
Fransa Prezidenti Emmanuel Makron Suriyanın paytaxtı Dəməşqdə rəsmi səfərdədir.
"Far.Az" xarici mediaya istinadən xəbər verir ki, o, gəlişindən sonra etdiyi çıxışında Suriyanın keçid hökumətinə dəstəyini ifadə edib və Yaxın Şərqdə sülh və sabitliyin yeni səhifəsini açmağa çağırıb.
"Mən qonşuları ilə plüralizmə və sülhə sadiq qalacaq suveren, vahid Suriyanın yaradılması işində Fransanın Suriya xalqını dəstəkləməyə sadiq olduğunu təsdiqləmək üçün gəlmişəm. Gəlin birlikdə regionda sülh və sabitliyin yeni səhifəsini açaq", - Makron vurğulayıb.
O, Suriyanın regional gərginliyin azaldılmasında mühüm rol oynayacağına ümidvar olduğunu bildirib.
Hava limanında Makronu Suriyanın xarici işlər naziri Əsəd Əl Şeybani qarşılayıb. Fransa lideri Suriya Prezidenti Əhməd Əl Şaraa ilə görüşmək üçün Prezident Sarayına yollanıb. Onu Suriyanın müharibədən sonrakı bərpası və yenidən qurulmasına həsr olunmuş dəyirmi masada iştirak edəcək fransız iş adamlarından ibarət nümayəndə heyəti müşayiət edir.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı-Ələt yolunda ağır qəza: Yük maşını əvvəlcə dəmirə, sonra "Mitsubishi"yə çırpıldı
-
ABŞ zərbələrindən sonra Tehran-Məşhəd dəmir yolu üzrə hərəkət dayandı
-
Bəzi avtomobillərin güzəştli idxal qaydaları müəyyənləşdi
-
DÇ-2026: 1/4 final mərhələsinə Fransa - Mərakeş oyunu ilə start verilir
-
Bakı aeroportu altı ayda 3,334 milyon sərnişinə xidmət göstərib
-
AQTA bu meyvə şirələrində uyğunsuzluqlar aşkarladı













