Azərbaycana gələn birgünlük turistlərin 86 %-i tranzit məqsədilə səfər edib
Bu ilin yanvar-may aylarında turizm məqsədilə Azərbaycana səfər etmiş 564 min 237 turistdən 16 min 800 nəfəri birgünlük ziyarətçi olub.
"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 29,7 % artıb.
Birgünlük ziyarətçilərin 14 min 381 nəfəri və ya 85,6 %-i Azərbaycana tranzit məqsədilə səfər edib.
Hesabat dövründə 824 nəfər işgüzar (+ 73,8 %), 808 nəfər (+55 %) qohum və dostlarını ziyarət etmək, 664 nəfər (- 2,3 %) istirahət və əyləncə məqsədilə Azərbaycana səfər edib. Bundan başqa, 68 nəfər (+ 33 %) alış-veriş, 55 nəfər ( 2 dəfə çox) isə dini ziyarət məqsədilə ölkəyə gəlib.
Ölkələr üzrə ən çox birgünlük ziyarətçi digər ölkələrin payına düşüb – 7 502 nəfər (+16,7 %). Sonrakı yerlərdə 5 040 nəfərlə Rusiya (+ 39,1 %), 3 398 nəfərlə Türkiyə (+ 65,4 %), 745 nəfərlə Gürcüstan (+ 25 %) və 115 nəfərlə İran (- 47, 9%) qərarlaşıb.
Rusiya vətəndaşlarından 4 159 nəfər (+ 38,8 %), Türkiyə vətəndaşlarından isə 2 459 nəfər (+62,8 %) Azərbaycandan tranzit keçid üçün istifadə edib.
Birgünlük ziyarətçilər yanvar-may aylarında ölkədə ümumilikdə 7 milyon 59,9 min manat xərcləyiblər. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 25,7 % çoxdur. Xərclərin 5 milyon 666,3 min manatı və ya 80,3 %-i nəqliyyat xidmətlərinin payına düşüb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25,2 % çoxdur.
Hesabat dövründə turistlər malların və hədiyyələrin alınmasına 819,3 min manat (+30,8 %), qidalanmaya 549,9 min manat (+ 23,5 %), mədəniyyət xidmətlərinə 3,6 min manat (+33,3 %), idman və əyləncə xidmətlərinə 2,1 min manat (+61,5 %), digər məqsədlərə isə 18,7 min manat (+ 33,5 %) xərcləyiblər.
Ölkələr üzrə ən böyük xərc digər ölkələrdən gələn ziyarətçilərə məxsus olub – 3 milyon 980,5 min manat (+15,2 %). Rusiya vətəndaşları Azərbaycanda 1 milyon 901,9 min manat (+41,1 %), Türkiyə vətəndaşları 865,4 min manat (+68,2 %), Gürcüstan vətəndaşları 263,6 min manat (+27,3 %), İran vətəndaşları isə 48,5 min manat (- 46 %) xərcləyiblər.
Beləliklə, birgünlük ziyarətçilərin böyük hissəsi Azərbaycandan tranzit məqsədilə istifadə edir və onların xərclərinin əsas hissəsi nəqliyyata yönəlir.
Qeyd edək ki, hesabat dövründə Azərbaycana 175 ölkədən 658,1 min və yaxud ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 11 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Oxşar xəbərlər
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Bytelecom-da alış-veriş Bodruma səyahət imkanı qazandırır
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
Din xadimləri Qarabağ və Şərqi Zəngəzurdakı tarixi-dini abidələri ziyarət ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Abşeronda avtomobil siqnalına görə qonşuların mübahisəsi ölümlə nəticələnib
-
Kəngərlidə avtomobil aşıb, bir nəfər ölüb
-
Ağcabədidə ağır yol qəzasında iki qardaş ölüb
-
Latviyada 27 Sentyabr - Anım Günü qeyd olunub
-
Azərbaycanın Bolqarıstandakı səfirliyində Anım Günü ilə bağlı tədbir keçirilib
-
Mənzil bazarında domino effekti: Sumqayıtda bahalaşmanın SİRRİ













