Azərbaycanda turizm statistikasının toplanmasına tələbələr də qoşulub
Azərbaycanda turizm üzrə statistik müşahidələrə tələbələr də qoşulub.
"Far.Az" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu ildən müşahidələrin aparılmasına müxtəlif ali təhsil müəssisələrinin tələbələri də cəlb olunublar. Onlar Komitənin mütəxəssisləri ilə birlikdə turizmə dair seçmə statistik müşahidələrin aparılmasında iştirak edirlər.
Sorğular Heydər Əliyev Beynəlxalq Hava Limanında ölkəyə səfər etmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər arasında keçirilir.
Sorğuların məqsədi respondentlərin səfər məqsədi, qalma müddəti, yerləşmə vasitələri, səfər zamanı çəkilən xərclər və digər göstəricilər üzrə rəsmi statistik məlumatların hazırlanması üçün zəruri məlumatların toplanmasıdır.
Sorğuları həyata keçirən sayıcılar əvvəlcədən müvafiq təlim keçiblər. Təlim proqramı statistik müşahidələrin aparılması metodologiyasını, respondentlərlə ünsiyyət qaydalarını və etik davranış prinsiplərini əhatə edib.
Bununla yanaşı, tələbələrin statistik müşahidələrə cəlb olunması gənc mütəxəssislərin rəsmi statistika sahəsində praktiki bilik və bacarıqlarının artırılmasına, habelə statistik fəaliyyət üzrə peşəkar kadr hazırlığının formalaşdırılmasına şərait yaradır.
Qeyd edək ki, toplanan məlumatlar yalnız statistik məqsədlərlə istifadə olunur, fərdi məlumatların məxfiliyi isə qanunvericiliyin tələblərinə uyğun olaraq qorunur.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Abşeronda avtomobil siqnalına görə qonşuların mübahisəsi ölümlə nəticələnib
-
Kəngərlidə avtomobil aşıb, bir nəfər ölüb
-
Ağcabədidə ağır yol qəzasında iki qardaş ölüb
-
Latviyada 27 Sentyabr - Anım Günü qeyd olunub
-
Azərbaycanın Bolqarıstandakı səfirliyində Anım Günü ilə bağlı tədbir keçirilib
-
Mənzil bazarında domino effekti: Sumqayıtda bahalaşmanın SİRRİ













