BP Azərbaycanda sosial layihələrinin sahəsini genişləndirir
Far.Az xəbər saytı

BP Azərbaycanda sosial layihələrinin sahəsini genişləndirir


BP əsas fəaliyyət sahəsi ilə yanaşı, müxtəlif sosial layihələr vasitəsilə cəmiyyətin həyatında da fəal iştirak edir.

"Report" xəbər verir ki, bunu BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Yeni Klinikada Simulyasiya və Təlim Mərkəzinin açılış mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu gün Yeni Klinikada açılan Tədris Simulyasiya Mərkəzi BP-nin sosial layihələr coğrafiyasını və təsir dairəsini daha da genişləndirir:

"Bu layihə tibb sahəsində həyata keçirdiyimiz ilk layihədir. Bu, dörd mərhələdən ibarət böyük bir layihənin ilk mərhələsidir. Ümid edirik ki, layihə ölkənin müxtəlif tibb müəssisələrində çalışan həkimlərin və digər tibb işçilərinin praktik təlimləri və simulyasiya məşğələləri üçün faydalı olacaq".

B.Aslanbəyli əlavə edib ki, bu təşəbbüs ölkədə tibbi xidmətin keyfiyyətinin daha da yüksəlməsinə öz töhfəsini verəcək.

Oxşar xəbərlər

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər